...

OUEH MASTERS: AZƏRBAYCANDA BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ MÜƏYYƏN PROBLEMLƏRLƏ BAĞLIDIR

Siyasət Materials 16 Sentyabr 2005 19:18 (UTC +04:00)
OUEH MASTERS: AZƏRBAYCANDA BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ MÜƏYYƏN PROBLEMLƏRLƏ BAĞLIDIR

Azərbaycanda bələdiyyələrin fəaliyyəti müəyyən problemlərlə bağlıdır və biz bunların aradan qaldırılması zərurətini hökumətin nəzərinə çatdırmışıq. Trend bildirir ki, sentyabrın 16-da jurnalistlərlə görüşündə Avropa Şurasının eksperti Ouen Masters bu barədə bəyan edib.

"2004-cü ilin dekabr seçkilərində bir çox qanun pozuntusu faktları aşkar edilib və bunun nəticəsində MSK tərəfindən ölkənin 135 bələdiyyəsində səsvermənin nəticələri ləğv edilib" -deyə ekspert xatırladıb və bildirib ki, AŞ Azərbaycana "daha yüksək səviyyədə bələdiyyə seçkiləri" keçirməyi tövsiyə edib.

Amma O. Mastersin sözlərinə görə, "seçkiləri ümumiyyətlə keçirməməkdənsə bunları müəyyən problemlərlə keçirmək daha yaxşıdır".

"Yerli özünüidarəetmə orqanları dünyanın istənilən ölkəsində demokratik institutların möhkəmləndirilməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir" -deyə ekspert vurğulayıb və qeyd edib ki, AŞ-nin 46 üzv dövlətindən yalnız ikisinin milli bələdiyyə Assosiasiyası (MBA) yoxdur ki, bunlardan biri də Azərbaycandır.

"İkinci MBA olmayan dövlət Monakodur və bu da ona görədir ki, həmin dövlətdə cəmi bir bələdiyyə fəaliyyət göstərir" -deyə O.Masters bildirib və qeyd edib ki, Azərbaycan bələdiyyələrinin kadr potensialı kifayət deyil.

"Bələdiyyə üzvlərinin peşəkar səviyyəsinin inkişafı məqsədilə treninqlər və seminarlar keçiriləcək" -deyə ekspert bildirib və qeyd edib ki, bələdiyyə sisteminin möhkəmləndirilməsində əsas rol Azərbaycan cəmiyyətinin özünə məxsusdur.

Xəbər lenti

Xəbər lenti