...

MDB ÖLKƏLƏRİNİN DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİNİN KADR APARATLARININ RƏHBƏRLƏRİNİN MİNSKDƏ İCLASI KEÇİRİLİR

Siyasət Materials 21 Sentyabr 2005 14:22 (UTC +04:00)

(İTAR-TASS) - MDB ölkələrinin DİN-nin kadr aparatlarının rəhbərləri bu gün Minskdə keçirilən iclasda kadrların peşhəkar hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edirlər. İclasda Rusiya, Azərbaycan, Gürcüstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın nümayəndə heyətləri, eləcə də MDB-nin İcraiyyə Komitəsinin və Belorus Respublikasının Təhlükəsizlik Şurası Dövlət katibliyinin nümayəndələri də iştirak edirlər.

MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, iclasın gedişində müasir şəraitdə MDB dövlətlərinin daxili işlər orqanlarının təkmilləşdirilməsi xüsusiyyətləri və hüquq-mühafizə orqanlarının əməklaşdarının ixtisasının artırılması sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

İclas iştirakçıları Belorusun DİN Akademiyasının istintaq-ekspert fakultəsinə, eləcə də DİN-in daxili işlər orqanları kadrlarının hazırlanması, ixtisasının artırılması üzrə Tədris Mərkəzinə baş çəkəcəklər.

Belə iclasların hər il keçirilməsi ilə bağlı qərar ötən ilin sentyabrında Kiyevdə keçirilən MDB üzvü olan dövdətlərin daxili işlər nazirlərinin iclasında qərara alınıb. İlk belə iclas cari ilin martında Rusiyanın DİN-nin Krasnodar akademiyasının bazasında keçirilib.

Xəbər lenti

Xəbər lenti