...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Siyasət Materials 21 Sentyabr 2005 15:19 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku sentyabrın 21-də Ali Məhkəməyə müraciət ünvanlayıb". Bu barədə Trend agentliyinə AQ seçki blokunun həmsədrlərindən olan Birlik Partiyasının sədri Xudadət Xudiyev bildirib.

AQ seçki blokunun Ali Məhkəməyə müraciət etməsinə səbəb bu blokdan İslam Partiyasının sədri Hacı Hacıağa Nurinin 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyinin ləğv olunması ilə bağlı sentyabrın 19-da Apellyasiya Məhkəməsi tərəfindən Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlaması olub.

X.Xudiyev onu da qeyd edib ki, H.Nurinin hüquqlarının pozulması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, ATƏT, BMT-nin İnsan Haqları üzrə Məhkəməsinə, Helsinki Vətəndaş Assambleyasına və ölkəmizdə fəaliyyət göstərən bütün xarici səfirliklərə müraciət ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti