...

İSLAM PARTİYASININ SƏDRİ ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 21 Sentyabr 2005 20:11 (UTC +04:00)

"Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri sentyabrın 21-də ATƏT-in Bakı üzrə müşahidəçiləri Kölin Qotlinq və Aişə Ömür Atmaca ilə görüşüb" Bu barədə Trend agentliyinə AİP sədri H.Nuri məlumat verib.

Partiya sədrinin sözləriinə görə ATƏT müşahidəçiləri ilə görüşdə onun Azərbaycançı Qüvvələr seçki blokundan 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv edilməsi məsələsi müzakirə olunub.

H.Nuri onu da bildirib ki, ATƏT-in xanım müşahidəçiləri məlum məsələ ilə bağlı H.Nurinin Ali Məhkəməyə müraciətinin cavabını gözləyirlər: "Mən MSK və Apellyasiya Məhkəməsinin qərarlarını onlara təqdim etdim. Mənə Ali Məhkəmənin qərarını gözləməyi məsləhət gördülər".

Partiya sədri əmin olduğunu vurğulayıb ki, ATƏT-in müşahidəçiləri ona hüquqlarının qorunmasında köməklik göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti