...

AYAZ MÜTƏLLİBOVUN 3 GÜNLÜK ŞİKAYƏT MÜDDƏTİNİN BƏRPASINA DAİR APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Siyasət Materials 23 Sentyabr 2005 14:42 (UTC +04:00)

Eks prezident Ayaz Mütəllibovun barəsində həbs qərarından sonra şikayət müddətinin bərpa edilməsinə dair sentyabrın 23-də apellyasiya şikayəti verilib. Bu barədə Trend ə Ayaz Mütəllibovun vəkili Fuad Ağayev məlumat verib.

Qeyd edək ki, sentyabrın 22-də Nəsimi rayon məhkəməsində vəkilin A.Mütəllibovun şikayət müddətinin bərpasına dair ərizəsinə baxılıb və bu vəsatəti təmin olunmayıb. Vəkilin qaldırdığı vəsatətdə A.Mütəllibov barəsində həbs qəti-imkan tədbiri seçilməsi barədə qərardan sonra qanunla təqsirləndirilən şəxsə verilən 3 günlük müddətin bərpa olunması tələb edilirdi. Qeyd edək ki, məhkəmə qərarından sonra 3 gün ərzində təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti verə bilər. Lakin Ayaz Mütəllibovun, onun vəkillərinin, nümayəndələrindən, partiyasının üzvlərindən heç kimin 2003-cü ildə keçirilmiş məhkəmədən və çıxarılan qərardan xəbəri olmayıb. Buna görə də həmin vaxt həbs qəti-imkan tədbirinin seçilməsi barədə qərardan da apellyasiya şikayəti verilməyib.

Vəkil Fuad Ağayev 3 günlük müddətin bərpa olunması nəticəsində Ayaz Mütəllibovun barəsində 2003-cü ildə çıxarılmış həbs qəti-imkan tədbirinin seçilməsi qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Lakin onun bu vəsatəti hakim Ələddin Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təmin olunmağına görə vəkil bu qərardan Nəsimi rayon məhkəməsinin özünə apellyasiya şikayəti təqdim edib. Qanuna görə, rayon məhkəməsi bu şikayəti dərhal Apellyasiya Məhkəməsinə göndərməlidir.

Xəbər lenti

Xəbər lenti