...

AZƏRBAYCANIN XİN BAŞÇISININ MİSİRƏ SƏFƏRİNƏ HAZIRLIQ GEDİR

Siyasət Materials 24 Sentyabr 2005 14:12 (UTC +04:00)

Azərbaycan və Misirin Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Misirə rəsmi səfərinə hazırlıq görülür. Bu barədə Trend ə Azərbaycnın XİN-dən məlumat verilib.

Səfər payızın ikinci yarısına planlaşdırılıb və onun konkret tarixi dəqiqləşdirilir. Səfər zamanı ikitərəfli əməkdaşlıq üzrə kompleks məsələlərin müzakirəsi gözlənilir. Tərəflər, həmçinin, beynəlxalq məsələlər və vəziyyətə dair fikir mübadiləsi aparacaq. Hər iki ölkənin nazirləri səviyyəsində ilkin məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavinin Xələf Xələfovun bu yaxınlarda Qahirəyə səfəri zamanı aparılıb.

E.Məmmədyarovun Misirin Xarici İşlər, İqtisadiyyat və Ticarət Nazirliklərində, qanunverici və ali rəhbər orqanlarında görüşləri planlaşdırılıb. Tərəflər, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti