...

HEYDƏR ƏLİYEV FONDU GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNƏ YARDIM GÖSTƏRİB

Siyasət Materials 24 Sentyabr 2005 18:24 (UTC +04:00)

(Qafqaz-Press) - Sentyabrın 24-də nazir müavini İsgəndər İsgəndərovun başçılıq etdiyi Azərbaycanın Təhsil Nazirliyinin rəsmi nümayəndə heyəti azərbaycanlıların Gürcüstanda kompakt yaşadıqları rayonlara səfəri başa vuraraq regiondakı azərbaycanlı şagirdlərin təhsil aldıqları məktəblərə humanitar yardım yüklərini çatdırıblar. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, azərbaycanlı qonağı onun gürcüstanlı həmkarı Aleksandr Didebulidze müşaiyət edib.

Səfər zamanı nazir müavini Marneuli rayonunun ziyalılarının nümayəndələri və məktəblərin müəllim kollektivi ilə görüşüb və onları Azərbaycan tərəfinin humanitar aksiyası barədə məlumatlandırıb. Bu aksiya zamanı 8- 11-cu siniflərin şagirdləri hədiyyə olaraq 73 200 dərslik alıblar.

Toplaşanlar qarşısında çıxışı zamanı İ.İsgəndərov qeyd edib ki, Azərbaycan Gürcüstanda yaşayan həmvətənlərinin problemlərini diqqət mərkəzində saxlayır və onların problemlərinin həllinə hərtərəfli yardım göstərir. Qeyd olunub ki, son illər ərzində Gürcüstandakı Azərbaycan və Azərbaycanqdakı gürcü məktəbləri üçün bir sıra fənnlər üzrə dərsliklərin hazırlanması işində böyük irəliləyiş əldə olunub. Hər iki respublikanın nazirliklərinin təşkil etdiyi komissiya bu istiqamətdə çalışır və 2006-cı ildə yekun nəticənin əldə olunacağı gözlənilir. Azərbaycanlı qonaq toplaşanları bu xarakterdə humanitar aksiyanın birinci dəfə keçirilmədiyini və bundan sonra da davam etdirələcəyi barədə məlumatlandırıb.

Bundan sonra Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov birinci sinif şagirdlərinə respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hədiyyəsini bağışlayıb. Birinci sinif şagirdlərinə üzərində Fondun embleması və içərisində bütün lazımi məktəb ləvazimatlarının olduğu 4600 ədəd çanta paylanılıb. Səfir R.Həsənov öz çıxışında ölkələrimiz arasında mövcud lolan dostluq münasibətləri və çoxəsrlik mehriban qonşuluq ənənlərinəv əsaslanan əməkdaşlıqla bağlı razılığını ifadə edib. Həsənov bəyan edib ki, əlaqələrin hazırki səviyyəsi hər iki dövlətin tələblərinə cavab verir və bu günki tədbir bunu bir daha sübut edir.

A.Didebulidze Gürcüstan hökuməti və Təhsil Nazirliyi adından qonaqlara və Fondun rəhbərliyinə Gürcüstandakı azərbaycanlı uşaqlara göstərilən qayğıya görə təşəkkürünü bildirib. Sonda Gürcüstandakı azərbaycanlılar adından Marneuli şəhər məktəbinin şagirdləri toplaşanlara təşəkkürlərini bildiriblər. Azərbaycanın nümayəndə heyəti Gü3rcüstanı sentyabrın 25-də tərk etməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, 2004-cü ilin sentyabrında Azərbaycan tərəfi humanitar yardım çərçivəsində Kvemo Kartli məktəblərinə 56 min dərslik, eləcə də, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından 6 min dərslik 12 kompyuter paylanılıb.

Xəbər lenti

Xəbər lenti