...

HAKİMİYYƏT NÜMAYƏDƏLƏRİ İLƏ MÜXLİFƏTİN GÖRÜŞÜ KEÇİRİLİB

Siyasət Materials 25 Sentyabr 2005 17:47 (UTC +04:00)

Sentyabrın 25-də hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında görüş keçirilib. Trend in məlumatına əsasən, saat 16.30 radələrində başlayan görüşdə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, hakim "Yeni Azərbaycan Partiyası"nın sədr müavini və icra katibi Əli Əhmədov, müxalifət tərəfdən isə "Azadlıq" blokunun nümayəndələri Arif Hacılı, Pənah Hüseyn və Fuad Mustafayev iştirak edirdi.

Arif Hacılı jurnalistlər üçün brifinq keçirib. A. Hacılının sözlərinə görə, hakimiyyət nümayəndələri aksiyalarda qarışıqlıq yaranmasının, zorakılıqlar edilməsinin tərəfdarı deyil.

Müxalifətçilər isə onlara sərbəst toplaşma hüququndan istifadə edəcəyini, lakin zorakılıq tərəfdarı olmadığını bildirib. Blok nümayəndələri diqqətə çatdırıb ki, gələn həftənin şənbə və ya bazar günü şəhərin mərkəzi meydanlarından birində mitinq keçirəcəklər. Buna görə də iqtidar ilə müxalifət arasındakı danışıqlar nəticə verməlidir. A. Hacılının sözlərinə görə, bazar ertəsi danışıqlar davam etdiriləcək. Hakimiyyət nümayəndələri müxalifətçilərin tələblərinin müsbət həlli ilə bağlı öhdəlik götürüblər. Lakin məsələnin detalları ilə bağlı konkret vədlər verməyiblər. A.Hacılının sözlərinə görə, "Azadlıq" blokunun təklif etdiyi meydanlardan birində növbəit aksiyaların keçirilməsi məsələsi müsbət həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti