"Kütləvi aksiyalar keçirilməsi ilə bağlı iqtidarla müxalifət arasında görüşlər sentyabrın 29-da davam edəcək. Ümid edirik ki, həmin görüşdə tərəfləri qane edən kompromis nəticələr əldə olunacaq". Trend in məlumatına görə, bu fikirləri kütləvi informasiya vasitələrinə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib.
Qeyd edək ki, sentyabrın 26-da iqtidarla müxalifət nümayəndələri arasında keçirilən görüşdə Maurisio Pavesi də iştirak edib. O, bu görüş barədə fikirlərini bildirərkən deyib ki, danışıqlar zamanı tərəfləri qane edən kompromiss nəticələr əldə olunmadı. Lakin ATƏT təmsilçisi hesab edir ki, baş verə biləcək qarşıdupmalara yol verməmək və ortaq məxcərəcə gəlmək üçün hələ də imkanlar var: "Mən ümid edirəm ki, sentyabrın 29-da tərəflər bu razılığı əldə edəcəklər"-deyə M.Pavesi qeyd edib.
Sentyabrın 29-da aparılacan danışıqlar zamanı tərəflər arasında razılıq əldə olunub-olunmamasına gəldikdə, M.Pavesi deyib ki, görüşlər hələ davam etdirilir, ona görə də nəticə barədə konkret fikir bildirmək tezdir.