...

GUAM İŞTİRAKÇI DÖVLƏTLƏRİN SƏRHƏD QURUMLARI RƏHBƏRLƏRİNİN İKİNCİ İCLASI ÖZ İŞİNƏ BAŞLAYIB

Siyasət Materials 28 Sentyabr 2005 12:08 (UTC +04:00)

Sentyabrın 28-də Bakıda GUAM iştirakçı dövlətlərin sərhəd qurumları rəhbərlərinin üçüncü iclası öz işinə başlayıb. Tədbir iştirakçıları iclasdan əvvəl ümummilli lider Heydər Əliyev və şəhidlərin xatirəsini yad etmək üçün Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Sonra AR Dövlət sərhəd xidmətinin mərkəzi aparatında iclasın işinə start verilib. İclası dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev açıb. O bildirib ki, bu iclasın keçirilməsində məqsəd GUAM iştirakçı dövlətlərin sərhəd qurumları arasında gələcək əməkdaşlığı möhkəmlətməkdir.

GUAM iştirakçı dövlətlərinin sərhəd qurumlarının rəhbərləri gələcək əməkdaşlıq istiqamətləri, mövcüd nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, silah və narkotik maddələrin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və digər növ cinayətlərlə mübarizə sahəsində fikir mübadiləsi aparıblar.

İclas iştirakçıları həmçinin sərhəd xidmətləri arasında məlumat mübadiləsinin həyata keçirilməsi, dəniz təlimlərinin keçirilməsi, ixrac neft qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələlərinə də diqqətlə yanaşıblar.

İclasın sonunda GUAM iştirakçı dövlətlərin sərhəd qurumları rəhbərlərinin protokolunun imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti