Sentyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə səfərindən qayıdıb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Ramiz Məlikov məlumat verib.
R.Məlikovun sözlərinə görə, müdafiə naziri Səfər Əbiyev Türkiyəyə sentyabrın 26-da həmin ölkənin müdafiə naziri Vəcdi Könülün dəvəti ilə yola düşüb. Nazir səfər zamanı Ankara şəhərində keçirilən "İDEF-2005" beynəlxalq hərbi sərgidə iştirak edib.