...

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ LİDERİ AVROPAYA SƏFƏRİNİ BAŞA VURUB

Siyasət Materials 30 Sentyabr 2005 18:14 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə Avropaya səfəri başa çatıb. Partiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, o, NATO Parlament Assambleyası ilə Litva parlamentinin birgə iclasında və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ilə Lixtenşteyn parlamenti arasında danışıqlarda iştirak edib.

A.Mollazadə Belorusdakı vəziyətlə bağlı məruzə ilə çıxış edib. Konfransda NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri, AŞPA-nın Belorus üzrə alt komitəsinin üzvü Andres Herkel, Belorus və Litva parlamentlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak edib. Bundan başqa, A.Mollazadə Belorusun siyasi liderləri - Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, Belorus Xalq Cəbhəsinin sədri Vinsuk Vyaçyerka, "Zubr" gənclər hərəkatının rəhbəri Vladimir Kobets, "İtkin ailələr" təşkilatının rəhbərlərindən Svetlana Zavadskaya və İrina Krosovskaya ilə, "Belorusskiy rınok" qəzetinin baş redaktoru Vyaçeslav Xodosovski ilə görüşüb və Belorusdakı vəziyyətlə tanış olub.

A.Mollazadə AŞPA ilə Lixtenşteyn parlamenti arasındakı danışıqlarda AŞPA-nın Siyasi Komitəsini təmsil edib. Danışıqlarda Lixtenşteyn parlamentinin rəhbəri Klaus Vanger, AŞPA-nın Lixtenşteyn üzrə alt komitəsinin üzvləri, Lixtenşteyn parlamentinin üzvləri, QHT-nın nümayəndələri iştirak edib. Lixtenşteyn üzrə yekun sənəd hazırlanana qədər müzakirə olunan məsələlərin detallarının açıqlanmaması qərara alınıb. Danışıqlarda Lixtenşteyndə yeni Konstitusiyanın qəbulundan sonrakı vəziyyət analiz olunub.

Oktyabrın 3-7-də A.Mollazadə Strasburqda AŞPA-nın payız sessiyasında iştirak edəcək. O, Ukraynanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi və AŞ-nın "Yeni qonşuluq" siyasəti üzrə məruzə ilə çıxış edəcək. Həmçinin, A.Mollazadənin AŞPA-nın prezidenti, ayrı-ayrı siyasi qrupların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti