...

ABŞ SENATINA AZƏRBAYCANDA AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏRİN TƏMİN EDİLMƏSİ HAQQINDA QƏTNAMƏ LAYİHƏSİ DAXİL EDİLİB

Siyasət Materials 1 Oktyabr 2005 13:21 (UTC +04:00)

ABŞ senatına Azərbaycanda azad və ədalətli parlament seçkilərinin təmin edilməsi tələbi ilə qətnamə layihəsi daxil edilib. Trend in məlumatına əsasən, bu barədə "RİA Novosti" agentliyinə senatın katibliyində bildirilib.

Sənədin layihəsi sonradan baxılmaq üçün senatın xarici işlər komitəsinə daxil edilib.Qətnamənin müəllifləri bu komitənin sədri respublikaçı senator Riçard Luqar, respublikaçı senatorlar - Con Makkeyn, Sem Braunbek və Çarlz Heygel, həmçinina demokrat senator Cozef Baydendir.

Sənəd hələ cari ilin iyulunda ABŞ konqresi nümayəndələr palatasının bəyəndiyi və 416 konqresmenin bir "əleyhinə" səslə dəstəklədiyi qətnamənin senat versiyasıdır. ABŞ Konqresi "Azərbaycan hökumətini 2005-ci ilin noyabrınadək ötən aylarda həbsə məruz qalmış müxalifət partiyalarının üzvlərinin iştirakı da daxil olmaqla qarşıdakı seçkilərdə müxalifət partiyalarının tam iştirakına zəmanət verməyə çağırır" -deyə qətnamədə göstərilir.

Sənəddə həmçinin beynəlxalq ictimaiyyətə və ABŞ QHT-nə Azərbaycan parlamentinə seçkilərdə müşahidəçilərin sayını "kifayət qədər olmaqla" təmin etməyə çağırış da öz əksini tapır.

Qətnamə "bütün tərəflər seçkiqabağı kampaniyada, seçkilər günü və seçkidən sonrakı dövrdə zorakılıqdan çəkinsin"tələbinin əhəmiyyətini bəyan edərək Azərbaycan hakimiyyətini "söz və toplanma azadlığını təmin etməyə" çağırır.

Xəbər lenti

Xəbər lenti