...

33 MƏHKƏMƏ MSK-NIN SORĞUSUNU CAVABLANDIRIB

Siyasət Materials 7 Oktyabr 2005 17:22 (UTC +04:00)

Oktyabrın 7-nə qədər Azərbaycanın 33 məhkəmə orqanı Mərkəzi Seçki Komisiyasının (MSK) sorğusuna cavab məktubu göndərib. Bu barədə Trend ə MSK katibi Natiq Məmmədov məlumat verib.

Məhkəmələrə sorğu ilə müraciət etməkdə məqsəd seçkilərə namizəd kimi qatılmış şəxslərin içərisində ağır və xüsusilə ağır cinayətlər törətmiş və məhkum olmuş, həmçinin məhkumluğu götürülməmiş şəxslərin olub-olmamasını müəyyənləşdirməkdir.

N.Məmmədov: "Məhkəmələrdən aldığımız cavablarda həmin nəmizədlər arasında ağır cinayətə görə məhkum edilmişlər göstərilsə də, məhkumluğu qalanlar yoxdur. Bu da o deməkdir ki, həmin şəxslərin namizədliyi qüvvəsində saxlanılacaq. Demək olar ki, göndərilmiş sorğuların böyük hissəsi cavablandırılıb. Hazırda bir neçə məhkəmə qalıb ki, onların da cavablarını yaxın günlərdə əldə edəcəyik".

Xəbər lenti

Xəbər lenti