...

SEÇKİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ ÇAP MƏHSULLARININ TƏQDİMATI KEÇİRİLİB

Siyasət Materials 10 Oktyabr 2005 14:52 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) noyabrın 6-da keçiriləcək parlament seçkisi ilə əlaqədar maarifləndirici xarakterli müxtəlif çap məhsullarını nəşr etdirib. Trend in məlumatına görə, oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində seçki ilə bağlı nəşr olunmuş materialların təqdimat mərasimi keçirilib.

Assosiasiyanın birinci vitse prezidenti Vəli Əlibəyov bildirib ki, quruma üzv olan "İnsan hüquqları XXI əsr" Fondu tərəfindən hazırlanaraq nəşr edilən "Seçki Prosesinə dair 100 kazus" kitabında Seçki Məcəlləsi və digər qanunlara əsaslanaraq seçki prosesində ən çox rast gəlinən müxtəlif aspektli 100 məqama hüquqi şərh verilir. Yeni işıq üzü görmüş digər çap məhsulları isə korlar üçün audio variantında, zəif görənlər üçün isə iri şriftlərlə hazırlanan seçki hüququ üzrə bülleten və Azərbaycan Konstitusiyasıdır.

Seçicilər və müşahidəçilər üçün nəzərdə tutulan digər kitablarda - "Müşahidəçilərin yaddaş kitabı" və "Seçicinin yaddaş kitabı" adlı çap məhsullarında seçkinin mahiyyəti, bu prosesdə iştirak edəcək seçicilərin və müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumatlar verilir. Bundan başqa Assosiasiya tərəfindən "Parlament Seçkiləri 2005" adlı kitabça da nəşr edilib ki, orada seçki prosesi ilə bağlı seçicilərin məlumatlandırılmasına və maarifləndirilməsinə xidmət edən bir sıra vacib məqamlar- seçici siyahıları, seçici vəsiqələri, başqasının yerinə səs verməyin yolverilməzliyi və digər məsələlər barədə qanunlara əsaslanan açıqlamalar verilib.

Xəbər lenti

Xəbər lenti