...

"Azadlıq" bloku liderləri Ukrayna prezidenti Viktor Yuşşenkoya məktub göndərib

Siyasət Materials 19 Oktyabr 2005 20:04 (UTC +04:00)

Oktyabrın 19-da Azərbaycan Demokratik Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu Ukrayna səfirliyində bu ölkənin Azərbaycandakı səfiri əvəzi İqor Kezima ilə görüşüb. Bu barədə Trend ə ADP-dən məlumat verilib. Sərdar Cəlaloğlu ADP rəhbərliyinin Ukrayna prezidenti Viktor Yuşşenkoya ünvanlandığı məktubu İ.Kezimaya təqdim edib. Məktubda ADP sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən "Azadlıq Bloku"nun deputatlığa vahid namizədi Rəsul Quliyevin Ukraynada saxlanması ilə əlaqədar ADP rəhbərliyi və üzvlərinin Simfrepol hüquq-mühafizə orqanlarına etirazı əks olunur. Blok liderləri bu hərəkətin beynəlxalq hüquq normalarına və Ukraynanın demokratik imicinə uyğun gəlmədiyini bildirib, məsələyə Ukrayna prezidentinin birbaşa müdaxilə etməsi xahiş olunub.

Xəbər lenti

Xəbər lenti