...

Əli Kərimli "Azadlıq" blokunun 23 oktyabr aksiyası barədə jurnalistlərə məlumat verib

Siyasət Materials 23 Oktyabr 2005 19:02 (UTC +04:00)

Oktyabrın 23-də "Azadlıq" blokunun Nəriman Nərimanov metrosu ətrafında keçirilən aksiyasından sonra blokun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli saat 18.00-da mətbuat konfransı keçirib. Trend xəbər verir ki, Ə.Kərimli həmin gün keçirilən aksiya barədə jurnalistlərə məlumat verib. O bildirib ki, aksiyada iştirak edən 100-ə yaxın müxalifətçi həbs olunub.

Əli Kərimli hesab edir ki, aksiyanın qarşısının alınmasına yönələn cəhdlərə baxmayaraq, "Azadlıq" blokunun mitinqi baş tutmuş hesab olunur.

Qeyd edək ki, həmin gün Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev isə icazəsiz aksiyada təxminən 150 nəfər adamın iştirak etdiyini və polis əməkdaşları tərəfindən heç bir zorakılıq hallarına yol verilmədiyini, polisin tələblərinə tabe olmayan 15 nəfər aksiya iştirakçısının həbs olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti