...

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər üzrə yekun birgə rəyinin layüihəsini təsdiqləyib

Siyasət Materials 24 Oktyabr 2005 14:31 (UTC +04:00)
Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər üzrə yekun birgə rəyinin layüihəsini təsdiqləyib

Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyasının ( Avropa Şurası Venesiya Komissiyası) 64-cü plenar sessiyasının iştirakçıları VK-nın ATƏT-in Denmokratik İnstitutlar və İnsan Haqları üzrə Bürosunun birgə hazırladığı Azərbaycanın Seçki Məcəlləsi üzrə yekun birgə rəyini təsdiqləyib. Bu barədə Trend ə VK-nın Konstitusiya hüquqları katibliyi departamentinin nümayəndəsi Tatyana Mışelova məlumat verib.

O bildirib ki, yekun rəy layüihəsinə müəyyən dəyişikliklər edilib. Bu zaman o, Azərbaycan üzrə müzakirələrdə şəxsən iştirak etmədiyi üçün bu barədə dəqiq informasiyaya malik olmadığını qeyd edib. "Qərar ən yaxın zamanda VK-nın rəsmi saytında dərc olunacaq", -deyə T. Mışelova bildirib.

Qeyd edək ki, hesabatın laüihəsi 3 beynəlxalq ekspertin- Rumen Maleyev (ATƏT DİİHB), Corc Nolte (VK Almaniyadan olan üzvünü əvəz edir) Pyotr Patsolay (VK Macarıstandan olan üzvünü əvəz edir) şərhi əsasında hazırlanıb.

Sənəddə qeyd olunub ki, 2003, 2004 və 2005-ci illərin tövsiyyələri Azərbaycan hökuməti tərəfindən yerinə yetirilmədiyinə görə, ölkənin Seçki Komissiyası ATƏT öhdəliklərinə və Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-nın standartlarına cavab vermir.

Qeyd edək ki, İtaliyada Scuola Grande de San Giovanni Evangelista sarayında keçirilən VK-nın 64-cü sessiyasında Azərbaycanın SM-nin müzakirəsi ilə yanaşı, Ermənistan və Qırcızıstanda Konstitusiya islahatları, Serbiya və "Makedoniya keçmiş Yuqoslaviya Respublikasında" məhkəmə islahatları və digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti