...

"Azadlıq" bloku oktyabrın 30-na planlaşdırdığı mitinqin vaxtını dəyişib

Siyasət Materials 24 Oktyabr 2005 19:40 (UTC +04:00)

"Azadlıq" seçki blokunun oktyabrın 30-na planlaşdırdığı mitinq noyabrın 4-də Respublika stadionunda konsert-mitinqlə əvəz olunacaq". Trend xəbər verir ki, bu barədə "Azadlıq" blokunun təsisçilərindən olan Azərbaycan Xalıq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli oktyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Mitinqin yerinin və vaxtının dəyişdirilməsi səbəbini AXCP sədri belə izah edib: "İstəyirik ki, keçirəcəyimiz aksiyanın məkanı daha geniş olsun. Hə də bütün qüvvələrimizi məhz noyabrın 4-ə cəmləşdirmək niyyətindəyik. Respublika stadionunda konsert-mitinq keçirməklə bağlı şəhər meriyasına müracitə etmişik".

Ə.Kərimli onu da qeyd edib ki, "Azadlıq" seçki bloku oktyabrın 25-dən regionlarda mitinqlərə start verəcək: "Oktyabrın 25-də Hacıqabul, Neftçala və Əlibayramlıda mitinqlər keçiriləcək: "Oktyabrın 28-də isə Gəncə, Goranboy və Yevlaxda, noyabrın 1-də Masallı və Lənkəranda, noyabrın 2-də İmişli, Saatlı, Sabirabadda noyabrın 3-də isə Sumqayıtda mitinq keçirməyi nəzərdə tuturuq".

AXCP sədri onu da bildirib ki, regionlarda mitinqlərə hazırlıqla bağlı bloka daxil olan partiyaların rayon təşkilatlarına müvafiq göstərişlər verilib. Mitinqlərin keçirilməsi üçün rayon icra hakimiyyətlərinə lazımi müraciətlər olunub.

Xəbər lenti

Xəbər lenti