...

"Azadlıq" və "Yeni Siyasət" blokları seçkidə vahid namizədləri ilə bağlı bəyanat verəcək

Siyasət Materials 27 Oktyabr 2005 16:46 (UTC +04:00)

"Azadlıq" və "Yeni Siyasət" seçki bloklarının parlament seçkisi ilə bağlı imzalayacağı sazişin əsas bəndi - vahid namizədlərin müəyyən olunması şərtini qüvvədə saxlamaq üçün bloklar arasında danışıqlar gedir. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev məlumat verib.

Qeyd edək ki, parlament seçkisində iştirak edən namizədlərin öz namizədliklərini geri götürmə müddəti artıq başa çatıb. Buna baxmayaraq Ə.Əliyev bildirib ki, "Azadlıq" və "Yeni Siyasət" blokları bir-birinin xeyrinə namizədlərini geri çağırması və hər dairədə vahid namizəd saxlanması barədə danışıqlar aparırlar. Ə.Əliyevin sözlərinə görə, qanunla namizədlikdən rəsmən imtina olunması müddəti bitsə də, bloklar vahid namizəd məsələsində əgər razılığa gələrlərsə, bu razılaşmanı bəyanatlar verməklə həyata keçirəcəklər: "tərəflər arasında vahid namizəd müəyyən etmək üçün qarşılıqlı güzəştlərə gedilməlidir. Bu razılıq əldə olunarsa, hər iki blok seçki dairələrdə hansı namizədin dəstəklənməsinə dair siyasi bəyanat verəcək. Seçki günü isə bülletendə həmin dairədən "Azadlıq" və "Yeni Siyasət"in vahid namizədinin adı saxlanacaq, geri çağırılan namizədin adının üstündən xətt çəkiləcək"-deyə Ə.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti