...

Azərbaycan nümayəndə heyəti QİƏ Təşkilatı üzvü ölkələri xarici işlər nazirlərinin Kişinyovda keçiriləcək 13-cü iclasında iştirak edəcək

Siyasət Materials 27 Oktyabr 2005 20:05 (UTC +04:00)

Oktyabrın 28-də Kişinyovda Qara dəniz iqtisadi əməkdaşlıq (QİƏ) Təşkilatı üzvü ölkələri xarici işlər nazirlərinin 13-cü iclası keçiriləcək.Görüşdə Azərbaycan nümayəndə heyətinə AR XİN başçısının müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək. Trend bildirir ki, bu barədə AR XİN-in oktyabrın 27-də yaydığı pres-relizdə deyilir.

Görüşdə QTƏ-yə müşahidəçi statusunun alınması, QİƏ ehtiyat fondunun istifadə qaydalarının işlənib-hazırlanması, əməkdaşlığın daha perspektivli sahələrində qarşılıqlı fəaliyyətin inkişaf yolları, eləcə də təşkilati məsələlər - QİƏ Beynəlxalq daimi katibliyinin kadr təminatı, təşkilatın büdcəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

İclasda müzakirələrin yekunlarına əsasən müvafiq sənədlər qəbul ediləcək.

Xatırladırıq ki, 1992-ci ildə yaradılmış QİƏT öz sıralarında 12 dövləti - Azərbaycan, Albaniya, Ermənistan. Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya Federasiyası, Rumıniya, Serbiya və Çernoqoriya, Türkiyə və Ukraynanı birləşdirir.

Xəbər lenti

Xəbər lenti