...

Seçkini izləyəcək yerli müşahidəçilərin sayı 17 minə qədərdir

Siyasət Materials 31 Oktyabr 2005 13:08 (UTC +04:00)

6 noyabr parlament seçkilərini müşahidə etmək üçün 1700-ə yaxın yerli müşahidəçi qeydiyyata alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib. O bildirib ki, 16 min 537 nəfər adi müşahidəçilər, 135 nəfər isə xüsusi icazəli müşahidəçilər qeydiyyata alınıb.

Qeyd edək ki, seçkinin müşahidəsinə buraxılmayan qeyri-hökumət təşkilatlarına qoyulmuş bu qadağa Milli Məclis tərəfindən ləğv edilib və onların müşahidəçilik etməsi üçün qeydiyyatı aparılmalıdır. İradə Hacıyeva bildirib ki, hələlik MSK QHT-lərlə bağlı qeydiyyat müddətinin uzadılmasına dair qərar qəbul etməyib. Onun sözlərinə görə, bu günlərdə MSK tərəfindən bu qərar çıxarılmalıdır. Hüquq şöbəsinin müdiri onu da deyib ki, seçkiyə çox az vaxt qalmasına baxmayaraq, QHT-lərin qeydiyyata alınması prosesində çətinlik yaranmayacaq.

Qeyd edək ki, beynəlxalq müşahidəçilərin sayı 1060 nəfərdir, 52 xarici kütləvi informasiya vasitəsindən 204 nəfər jurnalist qeydiyyatdadır.

Xəbər lenti

Xəbər lenti