...

İlham Əliyev: "Qanun həm vətəndaş, həm də nazir və siyasətçi üçün eyni olmalıdır"

Siyasət Materials 31 Oktyabr 2005 14:16 (UTC +04:00)

"Əgər gələcəkdə də kimsə Azərbaycanda qanuna zidd hərəkətlər edərsə, şübhəsiz ki, bunun da qarşısı alınacaq. Qanun hamı üçün eyni olmalıdır. Trend in xəbər verdiyi kimi, bu barədə türkiyəli jurnalistələrə prezident İlham Əliyev bir sıra nazir və yüksək vəzifəli şəxslərin həbsini şərh edərkən bildirib.

Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlət qururuq və qanun hamı üçün qanun olmalıdır. İstər o adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Artıq verilən ifadələr deməyə əsas verir ki, Azərbaycanda seçkilərlə bağlı və seçkilər ərəfəsində nəzərdə tutulan proseslər ölkəmizi çətin duruma sala bilərdi. Ölkədə qarşıdurma yarada bilərdi. Bunun qarşısı alındı. Ümid edirəm ki, Azərbaycanda parlament seçkiləri normal şəraitdə keçiriləcək. Seçkilərin ədalətli və demokratik keçirilməsi üçün bütün əsaslar var. Seçki kampaniyası uğurla gedir. Ümid edirəm ki, seçki günü də normal keçəcək və Azərbaycan xalqənən iradəsi seçkilərin nəticələrində öz əksini tapacaq.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası seçkilərdə ən şanslı partiyadır. O, müxalifətin xaricdən dəstəklənməsi ilə bağlı məlumatı təkzib edib. Mən buna da münasibət bildirmək istəyiəm. Belə hallar bizim tərəfimizdən müşahidə olunmur. "Müxalifət öz reytinqini qaldırmaq üçün belə qeyri-dəqiq məlumatlar yayır ki, guya onları xaricdən kimsə dəstəkləyir. Birincisi, Azərbaycanın gələcəyi, siyasəti Azərbaycanda həll olunmalıdır və həll olunur. Bizim siyasətimiz tam şəkildə müstəqil siyasətdir". , -deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti