...

Ukrayna səfirinin Azərbaycana təyin edilməsi məsələsi açıq qalır

Siyasət Materials 31 Oktyabr 2005 15:23 (UTC +04:00)

Ukrayna səfirinin Azərbaycana təyin edilməsi məsələsi açıq qalır və öz həllini gözləyir. Bu barədə eksklüziv olaraq Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bəyan edib.

İ.Kezima həm də bildirib ki, Ukrayna rəhbərliyi indi bu məsələni nəzərdən keçirir. "Prezident Yuşenko müvafiq sərəncam imzaladıqdan sonra Ukraynanın Azərbaycandakı növbəti səfirinin kim olacağı məlum olacaq"-deyə diplomat vurğulayıb. Səfirin Ukrayna prezidentinin noyabrın sonunda Azərbaycana səfərinədək təyin ediləcəyi istisna edilmir.

Xatırladırıq ki, keçmiş səfir Anatoli Yurçenko bu postdan geri çağrılıb və avqustun 2-də ölkəni tərk edib. A. Yurçenko peşəkar diplomat deyil, Azərbaycan onun səfir işlədiyi ilk ölkə idi. Azərbaycana səfir təyin edildiyi vaxtadək o, Ukraynanın Xerson vilayətinin administrasiya rəhbəri olmuşdu. A.Yurçenko Azərbaycanda 2004-cü ilin noyabrından işləyirdi.

Ondan sonra Azərbaycanda Ukraynanın diplomatik missiyasına həmin ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti