Rusiya Azərbaycanın hazırkı rəhbərliyinin kursunu dəstəkləyir. Trend bildirir ki, bu barədə həftəlik "Kommersantc-vlastğ" jurnalına prezidentin köməkçisi Sergey Prixodko bəyan edib.
"Biz ənənəvi olaraq MDB məkanında fəaliyyətdə olan hakimiyyəti dəstəkləyirik və təxribatçılıqla məşğul olmuruq. İlham Əliyev və onun atası həqiqətən Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün çox işlər görüb. Onlar SSRİ-nin dağılmasından sonra ötən ilk illərdə münasibətlərimizi mürəkkəb vəziyyətdən çıxarmağa xidmət göstəriblər" -deyə o bəyan edib.