...

Köhnə Sovet pasportları səsvermə üçün yenidən qüvvəyə minir

Siyasət Materials 1 Noyabr 2005 14:13 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərində vətəndaşlar köhnə Sovet pasportları ilə səs verə bilərlər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ənvər Əliyev açıqlama verib.

O bildirib ki, MSK-nın noyabrın 1-də keçiriləcək iclasında seçkidə istifadə olunan vəsiqələr məsələsi müzakirəyə çıxarılacaq. Ə.Əliyevin sözlərinə görə, səsvermə üçün lazım olan vəsiqələr siyahısına digər bir sənəd- artıq qüvvədən düşmüş qırmızı Sovet pasportu da əlavə olunacaq və həmin köhnə vəsiqənin səsvermə üçün etibarlı sayılması barədə qərar qəbul ediləcək. Ə.Əliyev bildirib ki, SSRİ dövründə vətəndaşlara verilmiş pasportların yenidən qüvvədə saxlanılmasının səbəbi Azərbaycan vətəndaşlarının hamısının yeni şəxsiyyət vəsiqələri ilə tam təmin edilməməsidir. Bu problem də bir çox vətəndaşların səsvermə hüququndan məhrum olmasına gətirib çıxarırdı.

Həmçinin, 7 və 9 nömrəli forma, hərbçilərin xüsusi vəsiqəsi də səsvermə üçün etibarlı hesab ediləcək. Beləliklə, səsvermə hüququ olan vətəndaşlar seçki məntəqəsinə gedərkən şəxsiyyəti təsdiq edən vəsiqəni, keçmiş Sovet pasportunu, müvəqqəti şəxsiyyət vəsiqəsi (forma 7, forma 9) və ya hərbi biletindən birini özləri ilə götürməlidirlər.

Xəbər lenti

Xəbər lenti