...

Vladimir Ruşaylo: "Saat 11:00-a olan vəziyyət üzrə seçkilər sakit keçir"

Siyasət Materials 6 Noyabr 2005 12:25 (UTC +04:00)
Vladimir Ruşaylo: "Saat 11:00-a olan vəziyyət üzrə seçkilər sakit keçir"

"Saat 11:00-a olan vəziyyət üzrə seçkilər sakit keçir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə MBD müşahidəçilər missiyasının rəhbəri, Birliyin katibi Vladimir Ruşaylo Azərbaycanda parlament seçkilərində səsvermənin gedişini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, bəzi yerlərdə, xüsusilə kəndlərdə seçicilər daha fəaldırlar. Azərbaycanda seçkilər birinci dəfə deyil ki, keçirilir və hazırkı seçkilərdə ilk təəssüratlar müsbətdir.

O, seçkiqabağı hazırlıq zamanı müşahidə olunmuş qanun pozuntuları ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətlşmələrin aparılması haqqında bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumatı təkzib edib. "Biz bütün müşahidə missiyalarının fəaliyyət göstərdiyi çərçivədə məsləhətləşmələr aparırıq", - deyə V.Ruşaylo vurğulayıb.

O, həmçinin, bildirib ki, saat 11:00-a bəzi xırda nöqsanlar qeydə alınıb, şikayət ərizələri daxil olub və hazırda onlara baxılır. "Biz DİN, Ali Məhkəmə və MSK-dan bu müraciətlərlə bağlı materialları əldə etmişik və gün ərzində onları öyrənərək yekun bəyanatda nəticələr barədə məlumat verəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, MDB müşahidəçiləri ölkənin 125 seçki dairəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti