...

Seçkidə KİV nümayəndələrinə qarşı ciddi qanun pozuntusuna yol verilməyib

Siyasət Materials 6 Noyabr 2005 18:15 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu parlament seçkisində jurnalistlərin peşə borcunu yerinə yetirmələrinin, habelə məntəqə və dairə seçki komissiyalarında onların fəaliyyətinin monitorinqini aparır. Mətbuat Şurasından Trend ə verilən məlumata görə, saat 17.00-a qədər xidməti vəzifəsini yerinə yetirən KİV əməkdaşlarına qarşı ciddi qanun pozuntusuna yol verilməyib.

Yalnız bir halda 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı məntəqəsində "Yeni Müsavat" qəzetinin əməkdaşı Rey Kərimoğlu müşahidçilər tərəfindən hüquqlarının məhdudlaşdırılması ilə bağlı Mətbuat Şurası monitorinq qrupuna müraciət edib. Qrupun həyata keçirdiyi təcili tədbirlər nəticəsində insident aradan qaldırılıb.

Monitorinq qrupunun növbəti açıqlaması saat 20.00-da olacaq.

Xəbər lenti

Xəbər lenti