...

ATƏT DİİHB: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab vermir

Siyasət Materials 7 Noyabr 2005 18:14 (UTC +04:00)
ATƏT DİİHB: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab vermir

Azərbaycanda keçirilən parlament seçkiləri Azərbaycanın beynəlxalq strukturlar qarşısında götürdüyü öhdəliklərə cavab vermir və demokratik standartlara uyğun deyil. Noyabrın 7-də Bakıda keçirilən mətbuat konfransında ATƏT PA-nın prezidenti Elsi Qastinqs bu barədə bəyan edib.

O, bildirib ki, seçkiqabağı kampaniyada müsbət proseslərin qeyd olunmasına baxmayaraq şəffaf, azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradılmayıb. "Səsvermənin sakit keçməsinə baxmayaraq səslər sayılarkən vəziyyət pisləşib. Xüsusilə bu, noyabrın 6-da, axşam seçki məntəqələri bağlanarkən müşahidə olunub"-deyə Qastinqs qeyd edib.

O, həm də bildirib ki, seçkilər günü barmaqların boyanmasından istifadəyə dair qərar gec qəbul edilib. "Qərar seçkilərə cəmi iki həftə qalmış qəbul edilib. Eyni zamanda bəzi seçki məntəqələrində bu əməliyyat ümumiyyətlə keçirilməyib" -deyə ATƏT PA-nın sədri bildirib. Problem həmçinin siyasi partiya nümayəndələrinin seçki komissiyalarının tərkibində qeyri-müntəzəm iştirakında da özünü göstərib.

"Tərkibin tarazlığı səsvermə günü bir çox problemlərin həllinə kömək edə bilərdi" -deyə E.Qastinqs bildirib. O, qeyd edib ki, həmin bəyanat dünyanın 42 ölkəsindən olan 665 müşahidəçinin müşahidələrinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti