...

Mətbuat Şurası sədri "Sərhədsiz Reportyorlar Birliyi"nin narahatlığına səbəb olan halların aradan qaldırılıdığını deyib

Siyasət Materials 9 Noyabr 2005 18:11 (UTC +04:00)

"Parlament seçkisi günü jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əsasən şərait yaradılıb və onlarla bağlı ciddi qanun pozuntuları müşahidə edilməyib". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov "Sərhədsiz Reportyorlar Birliyi" Beynəlxalq təşkilatının noyabrın 6-da Azərbaycanda keçirilən paralment seçkisində jurnalistlərin fəaliyyətinə dair bəyanatına münasibət bildirərkən deyib ki, narahatlığa səbəb olacaq qanun pozuntuları seçki günü yerindəcə araşdırılıb və aradan qaldırılıb. Ə.Amaşov deyib ki, 6 noyabr seçkilərini işıqlandıran jurnalistlərin fəaliyyətinə dair Mətbuat Şurasının 10-a yaxın, "Ruh" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin isə 5 nəfər əməkdaşı monitorinq aparıb. Monitorinq qrupunun müşahidələrinə görə, KİV nümayəndələrinin fəaliyyətinə əgnəllər yaradılmayıb. Yalnız bəzi hallarda jurnalistlər maneələrlə üzləşiblər, lakin bu barədə Mətbuat Şurasına müraciət edilən kimi bu qurum hadisəyə müdaxiəl edib və problemin həllinə nail olub.

Xəbər lenti

Xəbər lenti