...

Azərbaycan prezidenti Anqola və Polşanın dövlət başçılarını Müstəqillik Günü münasibətilə təbrik edib

Siyasət Materials 10 Noyabr 2005 19:53 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Anqola Respublikasının prezidenti Joze Eduard duş Santuş u Müstəqillik günü münasibətilə təbrik edib. Trend in məlumatına görə, İlham Əliyev Azərbaycanla Anqola arasında dostluq münasibətlərinin həmişə əməkdaşlığın imkanlarının genişləndirilməsinə təsir edəcəyinə ümid etdiyini bildirib.

Bu gün həm də Azərbaycanın dövlət başçısı Polşa prezidenti Aleksandr Kvasnevskini də Müstəqillik günü münasibətilə təbrik edib. Prezident Polşanın milli bayramı münasibətilə ən səmimi təbriklərini bildirib və iki ölkə arasında tarici ənənəyə malik dostluq əlaqələri və əməkdaşlığın bu gün inkişaf etdiyini qeyd edib. Azərbaycan prezidenti dövlətlərarası münasibətlərin bütün səviyyələrdə bundan sonra da inkişaf edəcəyinə və dərinləşəcəyinə inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti