...

ABŞ Azərbaycan hökumətini səsvermənin nəticələrinin ləğv olunduğu seçki dairələrində səsvermənin monitorinqini aparmaq üçün ATƏT müşahidəçilərini dəvət etməyə çağırır

Siyasət Materials 11 Noyabr 2005 12:17 (UTC +04:00)

ABŞ Azərbaycan hökumətini Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermənin nəticələrinin ləğv olunduğu seçki dairələrində səsvermənin monitorinqini aparmaq üçün ATƏT müşahidəçilərini dəvət etməyə çağırır. Trend in xəbər verdiyi kimi, belə bəyanatla ABŞ-ın ATƏT-də işlər müvəkkili Bryus Konnuk (Bruce Connuck) Vyanada çıxış edib.

Onun sözlərinə görə, ABŞ 6 noyabr seçkilərinin əvvəlkilərlə müqayisədə irəliyə doğru bir addım olduğunu qeyd etsə də, parlament seçkilərinin bir çox beynəlxalq standartlara uyğun olmaması ilə bağlı beynəlxalq müşahidəçilərin mövqeyinə şərikdir.

O qeyd edib ki, ölkənin ən azı iki seçki dairəsində səsvermənin nəticələri ləğv olunub, bəzi qanun pozuntusu halları üzrə isə prokurorluq ölçü götürüb. "Biz gözləyirik ki, belə addımlar gələcəkdə də atılacaq və seçki qanunvericiliyininin pozulması faktları qərəzsiz və yerli qanunvericiliyə uyğun olaraq araşdırılacaq", - deyə amerikalı diplomat bildirib. Onun sözlərinə görə, ABŞ Seçki Məcəlləsinin pozulması faktlarının araşdırılmasını dəstəkləyir və respublikanın siyasi qüvvələrini təmklinli olmağa çağırır.

B.Konnuk onu da qeyd edib ki, ABŞ müxalifət tərəfindən 6 noyabr parlament seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb edən icazəli dinc nümayişlərin keçirilməsini dəstəkləyir. "Rəsmi Vaşinqton Azərbaycan hökumətinin pozuntuların qeydə alındığı seçki dairələrində atdığı addımları dəstəkləyərək qərəzsiz və şəffaf araşdırmanını aparılacağına ümid edir", - deyə müvəkkil bildirib.

Xəbər lenti

Xəbər lenti