...

Demokratik Azərbaycan bloku fəaliyyətini dayandırıb

Siyasət Materials 15 Noyabr 2005 11:26 (UTC +04:00)

"Demokratik Azərbaycan seçki bloku fəaliyyətini dayandırıb". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Ə.Oruc qeyd edib ki, bu barədə qərar blokun Sədrlər Şurasının növbəti toplantısında qəbul edilib: "Blokda təmsil olunan üç partiyanın - Azadlıq, Ədalət və Vahid Azərbaycan Milli Birlik Partiyalarının seçkilərin nəticələri ilə bağlı mövqeyi Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi ilə üst-üstə düşmədiyindən fəaliyyətimizə xitam verdik".

Azadlıq Partiyasının sədri onu da bildirib ki, Azadlıq, Ədalət və Vahid Azərbaycan Milli Birlik Partiyaları öz fəaliyyətini digər qurumda davam etdirə bilər: "Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı qərarını gözləyirik".

Onu da qeyd edək ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Trend ə bildirib ki, onu blokun Sədrlər Şurasının toplantısına dəvət etməyiblər. Ə.Oruc isə qeyd edib ki, H.Əzimov bu barədə məlumatlı olub.

Xəbər lenti

Xəbər lenti