...

Azərbaycanda 6 noyabr parlament seçkilərinin nəticləri və ölkənin müdafiə sahəsində islahatların aparılması NATO-nun baş katibinin xüsusi nümayəndəsinin diqqət mərkəzindədir

Siyasət Materials 18 Noyabr 2005 11:29 (UTC +04:00)

NATO-nun baş katibinin Cənubi Qafqazda və Orta Asiyada xüsusi nümayəndəsi Robert Simons Azərbaycana səfəri çərçivəsində ölkədə 6 noyabr parlament seçkiləri zamanı yol verilmiş saxtakarlıqlar və Seçki Məcəlləsinin pozulması ilə bağlı bir sıra məsələləri araşdırmaq niyyətindədir.

Trend in xəbər verdiyi kimi, noyabrın 18-də gecə Azərbaycana gəlmiş xüsusi nümayəndə ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, NATO ilə əməkdaşlıq komissiyasının iclasında, həmçinin, Aqstafa rayonunda Azərbaycanın minalardan təmizləmə üzrə milli agentliyi (ANAMA) tərəfindən həyata keçirilən "Saloqlu" layihəsinin açılış mərasimində iştirak edəcək. "NATO-ya Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı xoşagəlməz məlumatlar daxil olub, lakin respublika rəhbərliyi tərəfindən görülmüş tədbirlər müsbət qiymətləndirilib", - deyə R.Simons qeyd edib.

O, həmçinin, bildirib ki, Alyans Aqstafa rayonu ərazisinin "tezliklə minalardan və partlamamış mərmilərdən təmizlənməsi" üçün yardım göstərməyə hazırdır. R.Simonsun sözlərinə görə, səfər çərçivəsində əsas diqqət ölkənin müdafiə sahisində islahatların aparılması ilə bağlı məsələyə yönəldiləcək.

Qeyd edək ki, rəsmi Bakı nümayəndələri ilə danışıqlar zamanı NATO-nun sülh məramlı qüvvələrinin Ermənistan-Azərbaycan münaqişə zonasında yerləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi də istisna olunmur.

Xəbər lenti

Xəbər lenti