...

MDB PAA-nın Sankt-Peterburqda keçirilən iclası 12 qanun layihəsinin qəbul edilməsi ilə başa çatıb

Siyasət Materials 18 Noyabr 2005 19:21 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyasının (PAA) Sankt-Peterburqda keçirilən plenar iclası 12 qanun layihəsinin qəbul edilməsi ilə başa çatıb. Trend İTAR-TASS-a istinadən bildirir ki, yekun mətbuat konfransında MDB Federasyia Şurası və PAA Şurasının sədri Sergey Mironov əsas müzakirə mövzusunun Assambleyanın üzvü olan dövlətlərin hər birində parlament işi təcrübəsi və hüququn tətbiqi praktikasının monitorinqi təcrübəsinin olduğunu bəyan edib.

"MDB PAA özünü fəaliyyətli və yaşamağa qabil olan təşkilat kimi tanıdıb" - deyə Mironov qeyd edib və bildirib ki, təşkilatın mövcud olduğu dövr ərzində 211 qanun layihəsi qəbul edilib. "Bu MDB parlamentarilərinin nümayiş etdirdiyi yüksək peşəkarlıq işidir. Sənədlərin bir çoxu Birlik ölkələrinin milli qanunvericiliyi üçün əsas olub" -deyə spiker bildirib.

İclasda həmçinin terrorizm, narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq üzrə keçirilmiş Beynəlxalq konfransın yekunlarıbarədə də nəticə çıxarılıb.

Qeyd edək ki, Azərbaycanı forumda Milli Məclisin PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov təmsil edib.

Xəbər lenti

Xəbər lenti