...

Araz Əzimov: Azərbaycan hələlik ölkənin NATO-ya üzvlüyü məsələsini nəzərdən keçirmir

Siyasət Materials 18 Noyabr 2005 19:34 (UTC +04:00)

Trend Azərbaycan hələlik ölkənin NATO-ya üzvlüyü məsələsini nəzərdən keçirmir. Trend bildirir ki, noyabrın 18-də AR XİN başçısının müavini Araz Əzimov bu barədə bəyan edib.

Onun fikrincə, bu məsələyə birtərəfli, hər iki tərəfin qarşılıqlı istəyi olmadan baxıla bilməz. Bunun üçün müvafiq şərtlərin, o cümlədən geostrateji və geosiyasi şəraitin yaradılması zəruridir. Bu məsələdə Azərbaycanın milli maraqlarla müəyyən edilən öz siyasəti vardır. "Biz bu təşkilata uğurlu inteqrasiyanı davam etdiririk, təşkilata üzv məsələsi isə bu əməkdaşlığın zirvəsi olaraq nəzərdən keçirilməlidir"-deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti