...

Yeni Azərbaycan Partiyasının 13 yaşı tamam olub

Siyasət Materials 21 Noyabr 2005 18:00 (UTC +04:00)

Noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvü partiyanın yaranmasının 13-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Trend xəbər verir ki, ziyarət edənlər arasında partiyanın rəhbər strukturları və bir sıra dövlət rəsmiləri olub.

YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, əsası ümumilli lider H.Əliyev tərəfindən qoyulan adıçəkilən partiyanın gücü artmaqdadır: "Bu partiya Heydər Əliyev siyasətinə daim sadiq qalacaq. Onun ideyaları yaşadacaq. Çünki bu ideyalar Azərbaycan xalqının xoşbəxt gələcəyinə xidmət edir".

Ə.Əhmədov onu da qeyd edib ki, xalq tərəfindən dəstəklənən partiyanın sıraları genişlənməkdədir. YAP-ın yubileyinin bölgələrdə də qeyd olunacağını deyən Ə.Əhmədov paytaxtda da bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti