...

Azərbaycanın xarici işlər naziri Gürcüstanda "Qızılgül inqilabı"nın ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak edir

Siyasət Materials 23 Noyabr 2005 15:00 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanda "Qızılgül inqilabı"nın ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak edir. Trend in Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, bu saatlarda Tbilisidə Elmar Məmmədyarovun da iştirak etdiyi "Avropada yeni azadlıq dalğası" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbir yerli vaxtla saat 20:00-a qədər davam edəcək. Saat 15:00-a isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı planlaşdırılıb. Həmçinin, Rumıniya, Ukrayna və Litva prezidentlərinin çıxışı da gözlənilir.

Səfirlikdən o da bildirilib ki, səfər çərçivəsində hər hansı bir ikitərəfli görüşlər, Gürcüstanın azərbaycanlıların sıx yaşadığı regionlarına səfər nəzərdə tutulmayıb.

E.Məmmədyarov Bakıya noyabrın 24-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti