...

AŞPA-nın Monitorinq Komitəsi Azərbaycana seçkisonu missiya göndərmək barədə qərar qəbul edib

Siyasət Materials 23 Noyabr 2005 20:23 (UTC +04:00)
AŞPA-nın Monitorinq Komitəsi Azərbaycana seçkisonu missiya göndərmək barədə qərar qəbul edib

Noyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında Slovakiya və Latviyada monitorinqdən sonrakı vəziyyətin müzakirəsi ilə yanaşı AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin Azərbaycanda parlament seçkilərinin müşahidələrinin yekunları barədə məlumatları dinlənilib. Bu barədə Trend ə Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri, AŞPA-nın Monitorinq Komitğəsinin üzvü Asim Mollazadə məlumat verib.

A. Mollazadə qeyd edib ki, dinləmələr zamanı AŞPA-nın həmməruzəçisi Andreas Qross hazırda 6 noyabr seçkilərində qeydə alınan pozuntuların araşdırılması prosesinin başa çatması ilə əlaqədar olaraq həmməruzəçilərin Azərbaycana səfərlərinin zəruriliyi ilə bağlı təkliflə çıxış edib. Səfərdə məqsəd səsvermənin yekunlarının ləğv edildiyi seçki dairələrindəki vəziyyətlə yerində tanış olmaqdır. Bununla əlaqədar, Monitorinq Komitəsi bu təklifi təsdiqləyən qərar qəbul edib.

A.Mollazadənin sözlərinə görə, həmməruzəçilərin Bakıya səfəri dekabrın əvvəllərində baş tuta bilər. O bildirib ki, Azərbaycanın seçki tematikası noyabrın 25-də Buxarestdə keçiriləcək AŞPA komitəsinin iclasında yenidən müzakirə olunacaq. "Monitorinq Komitəsi Azərbaycanda parlament seçkiləri üzrə xüsusi fikir söyləməyib. Müzakirələrin həmməruzəçilərin regiona səfərinin yekunları üzrə Monitorinq Komitəsinin dekabrın 14-15-də keçiriləcək iclasında aparılması mümkündür", -deyə DİP-nın lideri sonda bildirib.

Xəbər lenti

Xəbər lenti