...

MDB-nin bütün iştirakçıları bu təşkilatda islahatların aparılmasının zəruriliyi ilə razıdırlar

Siyasət Materials 25 Noyabr 2005 19:08 (UTC +04:00)
MDB-nin bütün iştirakçıları bu təşkilatda islahatların aparılmasının zəruriliyi ilə razıdırlar

MDB-nin bütün iştirakçıları "qısa müddət ərzində Birliyin təşkilati strukturlarının fəaliyyətini genişləndirmək və Kazan sammitinin qərarlarına müvafiq olaraq islahatlar aparmağa razıdır ". Bu barədə bu gün Rusiyanın baş naziri Mixail Fradkov Moskvada MDB hökumət başçılarının Şurasında çıxışı zamanı bəyan edib.

İTAR-TASS agentliyinə istinadən Trend in yaydığı məlumata görə, Fradkov bildirib ki, "Kazanda keçirilən sammit işimizə yeni təkan verib ". O həmçinin, əlavə edib ki, o zaman qarşıya qoyulan tapşırıqların nəticəsinin olması "MDB kimi struktura olan münasibətlərdən asılıdır".

Dar tərkibdəki 30 dəqiqə əvəzinə saat yarım davam edən birinci iclasdan sonra görüş iştirakçılarına "Prezident-otel"də nümayəndə heyətlərinin üzvləri də birləşib. Bu günki iclasın gündəliyində Birliyin ümumi energetika bazarının formalaşması konsepsiyası, MDB ölkələrinin büdcəsinin hazırlanması kimi məsələlər daxil edilib.

Gözlənildiyi kimi, iclasın yekunu üzrə, əməkdaşlığa, ilk növbədə humanitar sahəyə aid bir sıra sənədlər imzalanıb.

Mimxail Fradkovun giriş sözü ilə iclası açmasından sonra jurnalistlər zaldan çıxarılıb və hökumət başçılarının iclası "bağlı qapılar arxasında" keçib.

Xəbər lenti

Xəbər lenti