...

Xələf Xələfov: "Bir çox məsələlərdə Azərbaycanla İranın mövqeyi eynidir"

Siyasət Materials 28 Noyabr 2005 15:35 (UTC +04:00)

"Bir çox ikitərfli və beynəlxalq məsələlərdə İranla Azərbaycanın mövqeyi eynidir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın XİN başçısının müavini Xələf Xələfov İranın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində Xarici İşlər Nazirlikləri arasında aparılmış məsləhətləşmələrin yekununu şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər ikitərəfli iqtisadi layihələrin həyata keçirilməsi prosesinin sürətləndirilməsi, hər iki ölkə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı niyyətlərini bildirib.

Görüş zamanı, həmçinin, Xəzərin hüquqi statusu məsələsinə baxılıb və danışıqların iki və beştərəfli formatda davam etdirilməsi ilə bağlı mövqelərin siyasi cəhətdən dəstəklənməsi təsdiqlənib. X.Xələfov bildirib ki, İranın yeni siyasi rəhbərliyi Azərbaycanla qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti