...

Müxalifətin 10 dekabr aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildi

Siyasət Materials 2 Dekabr 2005 16:24 (UTC +04:00)

Müxalifətin 10 dekabrda keçirilməsi planlaşdırılan aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Bu barədə Trend ə "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahından məlumat verilib. Müraciət Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 2-də təqdim olunub.

Müraciətdə bildirilir ki, dekabrın 10-da saat 15.00-dan 17.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçiriləcək.

Qeyd edək ki, "Azadlıq", "Yeni Siyasət", "Milli Birlik" bloklarının və digər müxalifət partiyalarının iştirak edəcəyi növbəti aksiyanın 10 dekabra təyin edilməsi bu tarixin beynəlxalq İnsan Hüquqları Günü olması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti