...

Azərbaycan prezidenti və Türkiyənin baş naziri telefonla danışıb

Siyasət Materials 2 Dekabr 2005 18:39 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Trend in məlumatına görə, bu barədə Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətindən məlumat verilib.

R.T.Ərdoğan dövlət başçısını parlament seçkilərinin uğurla başa çatmasına görə təbrik edib. İ.Əliyev baş naziri seçkilərinin yekunlarının gedişi barədə məlumatlandırıb və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı tərəflər Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq məsələləri, onların perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti