...

Millətçi Demokratlar Hərakatı yaradılacaq

Siyasət Materials 5 Dekabr 2005 14:19 (UTC +04:00)

"Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyası, Türk Millətçi Partiyası, Bütöv Azərbaycan Yolunda Birliyinin təşəbbüsü ilə Milləcçi Demokratlar Hərəkatı yaradılacaq". Bu barədə Trend ə Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Partiya sədri onu da vurğulayıb ki, artıq bu istiqamətdə təşkilatlanma gedir: "Məqsədimiz bütün millətçi gəncləri bir qurumda birləşdirməkdir. Artıq 10-a yaxın siyasi partiya və qeyri-hökumət təşkilatı bu hərəkatda təmsil olunmaları üçün bizə müraciət edib".

V.Bəyturan onu da qeyd edib ki, Güney Azərbaycan Milli Hərəkatının Hüquqlarının Müdafiə Komitəsi də dekabrın 4-də onlara müraciət edərək hərəkatın yaradılmasında öz köməkliyini təklif edib.

Xəbər lenti

Xəbər lenti