...

Yaxın günlərdə Ukrayna hökumətinin işçi qrupu Bakıya səfər edəcək

Siyasət Materials 7 Dekabr 2005 13:05 (UTC +04:00)

Yaxın günlərdə Ukrayna hökumətinin ekspertlər qrupu Bakıya səfər edəcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıqdır. İclasın ilin sonuna kimi keçirilməsi planlaşdırılır.

İclasın gündəliyinə "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə neftin birgə nəqli, Ukraynaya kənd təsərrüfatı bitkilərinin tədarükü, Ukraynada Azərbaycan, Azərbaycanda isə Ukrayna illərinin keçirilməsi ilə bağlı məsələlər daxil ediləcək. İclas çərçivəsində, həmçinin, biznes forum və Ukrayna mallarının sərgisinin də keçirilməsi planlaşdırılır.

Azərbaycanın Ukraynadan bir neçə yük və sərnişin təyyarələri, həmçinin, tanker və gəmilər alması ilə bağlı məsələ də əsas müzakirə mövzusu ola bilər.

Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri hökumətin birinci vitse-prezidenti Abbas Abbasov, Ukrayna tərəfdən isə onun həmkarı Stanislav Staşevskidir.

Xəbər lenti

Xəbər lenti