"Mərkəzi Seçki Komissiyasına (MSK) mandatdan imtina etməklə bağlı heç bir müxalifətçi millət vəkili müraciət etməyib". Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Qeyd edək ki, Azərbaycanda 2005-ci il 6 noyabr parlament seçkilərində qalib gəlmiş "Azadlıq" seçki blokundan olan bir qrup müxalifətçi millət vəkili mandatından imtina etməklə bağlı qərar qəbul edib.
A.Sarıyev isə bildirib ki, bu proses Azərbaycan Respublikası Konstitusiyasının 89.5 maddəsi və Seçki Məcəlləsinin 176.1 maddəsi ilə tənzimlənir: "MSK iki gün müddətində bu məsələ ilə bağlı müraciət edən şəxsə cavab verməlidir".
"Azadlıq" seçki bloku mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov isə bildirib ki, hələlik MSK-ya müraciət etməklə bağlı fikirləşməyiblər: "Müəyyən müddəti gözləyirik. Bu başa çatdıqdan sonra təbii ki, qanun çərçivəsində MSK-ya müraciət ediləcək".