...

ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərlə əlaqəsi yanvarda bərpa ediləcək

Siyasət Materials 20 Dekabr 2005 15:25 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərlə əlaqəsi yanvarda bərpa ediləcək

ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərlə əlaqəsi yanvarda bərpa ediləcək.Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Regiona növbəti səfərindən sonra Minsk qrupunun fəaliyyəti barədə danışan diplomat ümid etdiyini bildirib ki, "proses daha fəal və fasiləsiz cərəyan edib". Amma onun sözlərinə görə, qarşıdakı milad və yeni il bayramları ilə əlaqədar həmsədrlərin telefon ilə əlaqə saxlamasına baxmayaraq fəal proses yalnız yanvarda bərpa ediləcək. Y.Merzlyakov Ermənistan və Azərbaycan prezidentlərinin yanvarın sonuna planlaşdırılmış görüşünədək hər iki ölkənin XİN başçıları yaxud xüsusi nümayəndələrinin görüşə biləcəyini təsdiq edib. O, əlavə edib ki, söhbət yanvarın ortalarından gedir, yəqin ki, bu da orada aydınlaşdırılacaq.

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün tarixi və yeri barədə sualı cavablandırarkən vasitəçi deyib ki, "hələlik bununla bağlı əldə olunmuş razılaşmadan danışmaq tezdir. Düşünürəm ki, hər şey yanvarın ortalarında aydın olacaq" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti