...

Azərbaycan prezidenti Naxçıvandan Bakıya qayıdıb

Siyasət Materials 20 Dekabr 2005 18:03 (UTC +04:00)

Azərbaycan prezidenti dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərdən Bakıya qayıdıb. Trend in məlumatına görə,iki gün Naxçıvanda qaldıqdan sonra dövlət başçısı bir sıra tədbirlərdə iştirak edib. Onların arasında Müalicə-diaqnostika Mərkəzinin özülünün qoyulması, H.Əliyev adına su anbarının istismara verilməsi mərasimi, Heydər Əliyev adına Naxçıvan hərbi litseyinə səfər də var. Bundan başqa, prezident Gənclik mərkəzinin və Kitab evinin, 144 yerlik ümumtəhsil məktəbinin açılışında iştirak edib, hökumət üzvləri və deputatların iştirakı ilə iclasda iştirak edib. Səfərin əsas hadisəsi dekabrın 20-də İran prezidenti Mahmud Əhəmədinecatla danışıqlar, eləcə də iki prezidentin İran qazının Naxçıvana tədarükünün başlaması ilə bağlı rəsmi mərasimdə iştirakı olub. Bundan sonra, İ.Əliyev iranlı həmkarının şərəfinə rəsmi nahar verib və hər iki prezident şəhərə ekskursiya edərək H.Əliyevin heykəli önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti