...

Yaponiya hökuməti Azərbaycanda 3 layihənin reallaşdırılması üçün 278 min dollara yaxın vəsait ayırıb

Siyasət Materials 21 Dekabr 2005 17:57 (UTC +04:00)

Dekabrın 21-də Yaponiya hökuməti ilə Azərbaycanın qeyri-hökumət təşkilatları arasında 3 qrant razılaşması imzalanıb. Trend in məlumatına görə, razılaşmanın ümumi büdcəsi $277,525 min təşkil edir.

Sənədi Yaponyianın Azərbaycandakı səfiri Tadahiro Abe və Azərbaycanın 3 QHT-nın - "Avand", Norveç Qaçqınlar Şurası, eləcə də Azərbaycan İcmalarının Resurs, Tədris və İnkişafı rəhbərlərinin arasında imzalanıb.

Layihələr Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant proqramı çərçivəsində həyata keçiriləcək".

Razılaşma aşağıdakı layihələri əhatə edir: Ceyranbatanda və Uludaş (Qəbələ rayonu) kəndində iki məktəbin tikintisi və Sumqayıtda məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 15 saylı yataqxananın təmiri.

Səfir T.Abenin sözlərinə görə, indiyə kimi 2000-ci ildən həyata keçirilən "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində Azərbaycanda ümumi büdcəsi 4Ö6 mln dollar olan 73 layihə həyata keçirilib. Layihələr sosial sahənin, o cümlədən, təhsil, səhiyyə, infrastrukturlar sahəsinin inkişafına yönəlib. Diplomatın sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya hökuməti $680 mln həcmində yardım göstərib ki, onun $12 milyonu Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial həyat səviyyəsinin yüksəldilməsinə yönəlib.

Qrant razılaqmasının imzalanması mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov və Azərbaycan Nazirlər Kabinetinin qaçqınların və məcburi köçkünlərin problemləri, mühacirət və beynəlxalq təşkilatlarla iş üzrə şöbənin müdiri Qurban Sadıqov iştirak edib.

Xəbər lenti

Xəbər lenti