...

Azərbaycan Respublikası prezidentinin aylıq əmək haqqı 15 min yeni Azərbaycan manatı olacaq

Siyasət Materials 23 Dekabr 2005 15:18 (UTC +04:00)

"Azərbaycan Respublikası prezidentinin orta aylıq əmək haqqı 15 min yeni Azərbaycan manatı olacaq". Trend xəbər verir ki, bu barədə qərar Milli Məclisin dekabrın 23-də keçirilən növbəti iclasında AR-nın Seçki Məcəlləsinin 209.2 maddəsinə dəyişiklik edilməklə qəbul edilib.

Sözügedən məsələ ilə bağlı çıxış edən hüquqi siyasət və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib ki, dövlət başçısının orta aylıq əmək haqqısının azadldılması onun öz təşəbbüsüdür. Millət vəkili onu da bildirib ki, İ.Əliyev prezident seçildikdən sonra əhalinin orta aylıq əmək haqları ilbəil artırılıb. Dövlət başçısı ilk qərarlarını Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı edib: "2003-cü il fevralın 1-də orta aylıq əmək haqqı 45 min manat, 2004-cü il yanvarın 1-dən 60 min manat son artım isə 150 min manat təşkil edib. Bu son hədd deyil". Millət vəkili onu da vurğulayıb ki, prezidentin fəaliyyəti bütövlükdə onun maaşı ilə ölçülməməlidir. Seçki Məcəlləsinə dəişikliyin edilməsi ilə bağlı fikirlərini bildirən millət vəkili Səyavuş Novruzov prezientin maaşının azaldılmasını yox, daha da artırılmasını təklif edib. Sözügedən məsələ müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində prezidentin orta aylıq əmək haqqı 15 min yeni Azərbaycan manatına qədər endirilib.

Xəbər lenti

Xəbər lenti